DataLife Engine > hadise > Salyan sakini bacısını qətlə yetirib

Salyan sakini bacısını qətlə yetirib


1-12-2016, 16:48. Разместил: heqiqet Salyan sakini bacısını qətlə yetirib Salyanda qətl hadisəsi baş verib.
Hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1999-u il təvəllüdlü Əsədov Əkbər Rauf oğlu bacısı, 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.
Ə. Əsədov könüllü olaraq özünü polisə təslim edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад