DataLife Engine > hadise > Dəm qazı 4 nəfərin həyatına son qoydu

Dəm qazı 4 nəfərin həyatına son qoydu


5-12-2016, 15:31. Разместил: heqiqet Dəm qazı 4 nəfərin həyatına son qoydu Azərbaycanda dəm qazı (karbon monooksid) zəhərlənməsindən daha 4 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.
Вернуться назад