DataLife Engine > hadise > Bakıda 19 yaşlı idmançı tələbə özünü asdı

Bakıda 19 yaşlı idmançı tələbə özünü asdı


6-12-2016, 14:09. Разместил: heqiqet Bakıda 19 yaşlı idmançı tələbə özünü asdı Bakıda 19 yaşlı oğlan özünü asaraq intihar edib.
Hadisə Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki fərdi yaşayış evində qeydə alınıb. 1997-ci il təvəllüdlü Muradov Çərkəz Eldəniz oğlu özünü asaraq həyatına son qoyub. Məlumata görə, canına qəsd edən Çərkəz Muradov Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin ikinci kurs tələbəsi olub. O, həm də güləş üzrə peşəkar idmançı olub və bir sıra beynəlxalq turnirlərdə iştirak edərək müxtəlif mükafatlar qazanıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Вернуться назад