Füzuli rayonunda ev yanıb, 86 yaşlı kişi ölüb
12-12-2016, 09:45. Разместил: admin
Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhdlərinə baxmayaraq, 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад