DataLife Engine > hadise > Qanunsuz yolla gətirilən fişəng və pirotexniki vasitələr aşkarlandı

Qanunsuz yolla gətirilən fişəng və pirotexniki vasitələr aşkarlandı


16-12-2016, 11:27. Разместил: heqiqet Qanunsuz yolla gətirilən fişəng və pirotexniki vasitələr aşkarlandı Gömrükçülər fişəng və pirotexniki vasitələr aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад