Rusiya vətəndaşları 12 min dolları gömrükdən belə keçirmək istədilər
21-12-2016, 12:59. Разместил: heqiqet
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min dollar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад