DataLife Engine > hadise > Qohumunu bıçaqlayan şəxs 3 illik azadlıqdan məhrum edilib

Qohumunu bıçaqlayan şəxs 3 illik azadlıqdan məhrum edilib


27-12-2016, 18:49. Разместил: heqiqet Qohumunu bıçaqlayan şəxs 3 illik azadlıqdan məhrum edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Hüseynov 7 avqust 2016-cı ildə qohumu E. Abdullayevi borc üstündə aralarında yaranan münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan E. Abdullayevi xilas etmək mümkün olub.
Вернуться назад