Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi başlayıb
10-01-2017, 12:06. Разместил: heqiqet
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.
Qeyd edək ki, T. Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb və geri qaytarmayıb. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
T. Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.
Вернуться назад