DataLife Engine > hadise > Xəzərdə yük gəmisi yanır, yanğının söndürülməsinə helikopter cəlb olunub

Xəzərdə yük gəmisi yanır, yanğının söndürülməsinə helikopter cəlb olunub


12-01-2017, 16:40. Разместил: heqiqet Xəzərdə yük gəmisi yanır, yanğının söndürülməsinə helikopter cəlb olunub Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Вернуться назад