DataLife Engine > hadise > Daha bir jurnalistin evi qarət olundu: "Evi alt-üst ediblər"

Daha bir jurnalistin evi qarət olundu: "Evi alt-üst ediblər"


9-02-2017, 11:19. Разместил: heqiqet Daha bir jurnalistin evi qarət olundu: "Evi alt-üst ediblər" Jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.
Bu barədə jurnalistin özü məlumat verib. O, bildirib ki, Biləcəri qəsəbəsində yaşadığı yeni yaşayış massivindəki həyət evindən naməlum şəxs və ya şəxslər oğurluq ediblər: “Hadisə vaxtı evdə heç kim olmayıb. Pəncərəni sındırıb evə daxil olublar. Evin altına-üstünə çeviriblər. Sonra 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarımı tapıb oğurlayıblar”.
Jurnalist bildirib ki, məsələ ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib: “ Dünən artıq polis əməkdaşları gəlib izahatımızı alıb. Hazırda araşdırma aparılır”.
Вернуться назад