Şamaxı-Hacıqabul-Qobustan rayonları sərhədində böyük ərazidə yanğın baş verib
24-06-2015, 11:28. Разместил: heqiqet
Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədlərində 2000 ha otlaq sahələri yanıb.Heqiqet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanıb.
Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.
Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад