DataLife Engine > hadise > Goranboyda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Goranboyda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb


1-03-2017, 09:31. Разместил: heqiqet Goranboyda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Dəliməmmədli qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində maşında olan 4 nəfər Quşçular kənd sakinləri, 1985-ci il təvəllüdlü Esmira Tağıyeva, 1989-cu il təvəllüdlü İlahə Mustafayeva, 1996-cı il təvəllüdlü Əfsanə İbrahimova və 1985-ci il təvəllüdlü Xəyal Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdrma aparılır.
Вернуться назад