DataLife Engine > hadise > Bakıda 4 nəfər xilas edildi

Bakıda 4 nəfər xilas edildi


25-06-2015, 19:15. Разместил: heqiqet Bakıda 4 nəfər xilas edildi Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə müraciət daxil olub.
Heqiqet.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 16:40-da başa çatıb.
Bundan başqa bu gün Bakı şəhəri, Binəqədi rayonunda liftdə köməksiz vəziyyətdə qalan 3 nəfər də xilas edilib.
Вернуться назад