DataLife Engine > idman > Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”


30-03-2017, 10:11. Разместил: heqiqet Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm” DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimi söydüyü üçün FİFA tərəfindən ağır cəza alan Argentinanın super ulduzu Lionel Messi susqunluğunu pozub.
“Tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda matçın köməkçi hakiminə ağır söyüşlər işlətdiyi üçün 4 oyunluq cəzalandırılan Leo əslində işlətdiyi təhqirin ünvansız olduğunu deyib.
“Sözlərim yan xətt hakiminin ünvanına deyildi. Əsəbi idim və havaya söydüm” – deyə Messi bildirib.
Qeyd edək ki, hücumçunun klubu “Barselona” rəsmi məlumat yayaraq oyunçusuna verilən cəzaya çox təəccübləndiyini bildirmişdi.




Вернуться назад