Neymar “Barselona”da 100-cü qolunu vurub
3-04-2017, 10:03. Разместил: heqiqet
Matçda son nöqtəni qoyan kataloniyalıların braziliyalı futbolçusu Neymar tarixə düşüb.
Belə ki, görüşün 90+1-ci dəqiqəsində hesabı darmadağın həddinə çatdıran futbolçu bununla da “Barselona” forması ilə 100-cü qoluna imza atıb.
O, bu göstərici ilə Kataloniya klubunun heyətində 100 qol həddini keçən 3-cü oyunçu olub.
İlk iki pillədə isə 130 qolla Rivaldo və 105 qolla Evaristo qərarlaşıb.
Вернуться назад