Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədrinə "Dostluq" ordeni verildi
30-06-2015, 19:39. Разместил: heqiqet
Prezident İlham Əliyev “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədrini mükafatlandırıb.Bu barədə prezident sərəncam imzalayıb. Sərəncama əsasən, I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralos “Dostluq” ordeni ilə təltif edilib.
Вернуться назад