FIG prezidenti: “Azərbaycan gimnastikası yüksələn xətlə inkişaf etməkdədi”
1-05-2017, 13:58. Разместил: heqiqet
Tədbiri giriş sözü ilə açan F.Hacıyev Vatanabenin karyerası barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, Elmi Şuranın qərarına əsasən akademiya məşhur gimnastın idmandakı nailiyyətini nəzərə alaraq, ona ADBTİA-nın fəxri doktoru adını verməyə qərar verib. O, ardınca FİG prezidentinə diplomu və xüsusi geyimi təqdim edib.
Bundan şərəf duyduğunu vurğulayan yaponiyalı funksioner bildirib ki, ADBTİA-nın fəxri doktoru olması böyük nailiyyətdi: “Doğrusu, bu qədər media nümayəndələrini görməyə təəccübləndim. Düşünürəm ki, bu ad mənə deyil, bütün gimnastika ailəsinə verilib. Azərbaycan gimnastikası yüksələn xətlə inkişaf etməkdədi. Təbii ki, bu nailiyyətlər Azərbaycanın I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində qazanılıb. 2015-ci ildə Avropa Oyunlarında da Azərbaycan gimnastlarının göstərdiyi uğurlar çox möhtəşəm oldu. Azərbaycan tək idmanda deyil, digər növlərdə də lider komandalardandı. Ümid edirəm ki, Azərbaycan idmanı bundan sonra daha da inkişaf edəcək”.
Ardınca nazir Rəhimov fəxri qonağa Azərbaycan idmanı və nailiyyətlərimiz barədə məlumat verib.
Yekunda qonağa hədiyyələr də təqdim edilib.
Вернуться назад