DataLife Engine > idman > Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi

Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi


2-07-2015, 12:39. Разместил: heqiqet Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi                             Qobustan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Nabur kəndində gənclər üçün futbol meydançası istifadəyə verilib. Açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial iqtisadi məsələlərin təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov çıxış edərək gəncləri, idmansevərləri bu münasibətlə təbrik edib.
M.Əkbərov qeyd edib ki, respublikamızda digər sahələr kimi idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledci rol oynayıb. idman sağlamlıq, gözəllik mənbəyi olmaqla yanaşı həm də dostluq, həmrəylik, sülh, barış carçısıdır. Dövlət bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün dünyaya yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən ilk Avropa Oyunlarının məhz ölkəmizdə yüksək səviyyədə keçirilməsi hər bir Azərbaycan gənci üçün qürurverici hadisədir. Güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Bu mənada biz də RİH olaraq çalışırıq ki, bütün kəndlərimizdə gənclərin idmanla məşğul olması üçün mümkün şəraiti yaradaq. Tədbirdə RİH-nin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə İş şöbəsinin müdiri Elman Mikayılov, Nabur kəndi üzrə ərazi icra nümayəndəsi Vidadi Müseyibov, kənd bələdiyyəsinin sədri Şükürov Şükür və başqaları çıxış edərək gəncləri təbrik ediblər. Çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu bildiriblər. Qeyd olunub ki, açılışı keçirilən süni örtüklü meydança yeniyetmmələrin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq. Nabur kənd tam orta məktəbin müəllimləri Zeynal Nurəhmədov, Rafael Şıxməmmədov, Nadir Balayev gənclər üçün yaradılan şəraitə, kənddə aparılan abadlıq, quruculuq, təmizlik işlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra Məharət Əkbərov rəmzi olaraq topa zərbə vurub. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada Qobustan şəhər futbol komandası ilə Nabur futbol komandası arasında yoldaşlıq oyunu keçirilib. Hesab 2:1 Qobustan şəhər futbol komandasının xeyrinə qurtarıb. Açılış mərasimində kənd klubunun özfəaliyyət ansamlı rəngarəng konsert proqramı ilə çıxış edib.

Şəhriyar Rafaeloğlu,
RİH Nabur kənd ərazi nümayəndəliyinin mühasibi


Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi                             Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi                             Qobustan rayonunun Nabur kəndində futbol meydançası gənclərin ixtiyarına verildi

Вернуться назад