Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu
17-05-2017, 15:09. Разместил: heqiqet
Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.
Üçüncü yeri İranın birinci komandası tutub.
Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Вернуться назад