"Barselona" bu futbolçusuna qiymət qoydu - 180 milyon
31-05-2017, 09:50. Разместил: heqiqet
"Barselona" qapıçısı Mark-Andre Ter Stegenlə yeni müqavilə imzalayıb. Anlaşmanın müddəti 2022-ci ilin 30 iyununadək uzadılıb."Barselona" alman qapıçının sərbəst qalmaq qiymətini də dəyişib. Müqavilədəki xüsusi bəndə əsasən müqavilə müddətində onu heyətinə qatmaq istəyən klub 180 milyon avro ödəməlidi.
Qeyd edək ki, "Barselona"ya 3 il əvvəl Münhenqladbax "Borussiya"sından transfer olunan 25 yaşlı qolkiperin müqaviləsi 2019-cu ildə başa çatacaqdı. Ter Stegen Kataloniya klubuna 12 milyon avroya transfer olunub.
Вернуться назад