DataLife Engine > idman > Qapıçı toyuna görə qol buraxdı

Qapıçı toyuna görə qol buraxdı


24-04-2015, 20:23. Разместил: heqiqet Qapıçı toyuna görə qol buraxdı
İngiltərə kubokunun (FA Cup) yarımfinal matçında “Arsenal”a məğlub olan (1:2) “Ridinq”in qapıçısı Adam Federiçi ətrafında söz-söhbətlər yaranıb. İngiltərə mətbuatı xəbər verir ki, qolkiperin “topçular”la oyunda bilərəkdən top buraxdığı bildirilir.
İddialara əsasən, qapıçının aciz qaldığı ikinci qoldan sonra “Ridinq” finala yüksələ bilməyib. Belə ki, komanda həlledici qarşılaşmaya vəsiqə qazansa idi, 30 mayda “Aston Villa” ilə üz-üzə gələcəkdi. Məhz həmin tarixlə Adamın evlilik vaxtının eyni günə təsadüf etməsi maraqlı fikirlər yaradıb.
Xatırladaq ki, çərçivə qoruyucusu oyundan sonra buraxdığı topa görə azarkeşlərdən “twitter” vasitəsilə üzr istəmişdi.

Вернуться назад