DataLife Engine > idman > "Bütün qazancımı valideynlərimə verirəm" - Rafael Ağayev

"Bütün qazancımı valideynlərimə verirəm" - Rafael Ağayev


7-06-2017, 18:35. Разместил: heqiqet "Bütün qazancımı valideynlərimə verirəm" - Rafael Ağayev “Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq. Bir-birimizi istədik və ailə qurduq. İndiyənə kimi də xoşbəxtəm”.
Bu sözləri dünya çempionu Rafael Ağayev “100-dən 1-i” verilişində deyib.
Karateçi qazancından söz açıb:
“Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram. 7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın”.
Вернуться назад