Ronaldo ömrünün 5 ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər — ŞOK İTTİHAM
13-06-2017, 18:14. Разместил: heqiqet
Portuqaliya yığmasının hücumçusu vergidən yayınmaqda ittiham edilir. Söhbət 14.7 milyon avrodan gedir.
Prokurorluğun məlumatına əsasən, Ronaldo 2010-cu ildə qurulmuş şirkətdən istifadə edərək gəlirini gizlədib. İspaniyanın maliyyə nazirliyi vergi xidmətinin futbolçunun ünvanına səsləndirdiyi ittihamı dəstəkləyib.
Əgər məhkəmədə Ronaldonun 2011-2014-cü illər ərzində 15 milyon avrodan çox vergi ödəmədəyi məlum olsa, onu 5 illik həbs cəzası gözləyir.
Вернуться назад