"Zirə" və "İnter" Avroliqada mübarizəyə başlayır
29-06-2017, 10:13. Разместил: heqiqet
Avropa Liqasında ölkəmizi təmsil edən "Zirə" və "İnter" klubu ilk oyunlarına çıxacaq. İlk dəfə bu turnirdə mübarizə aparan "Zirə" Lüksenburqun "Differdanj” klubunu qəbul edəcək. Bu oyunla komanda avrokuboklarda debüt edir.
"İnter" klubu isə səfərdə Serbiyanın "Mladost” klubu ilə qarşılaşacaq.
29 iyun
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
21:00. "Zirə” (Azərbaycan) – "Differdanj” (Lüksemburq)
22:30. "Mladost” (Luçani, Serbiya) – "İnter” (Bakı, Azərbaycan)
Вернуться назад