Türkiyəli güləşçi ermənini udub Azərbaycan bayrağını qaldırdı - VİDEO
5-07-2017, 16:11. Разместил: heqiqet
Belə ki, Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.
Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.
Qeyd edək ki, Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub.
Вернуться назад