DataLife Engine > idman > Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib


24-10-2017, 10:03. Разместил: heqiqet Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.
"Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.
Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, Zidan ötən mövsüm "Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
Вернуться назад