"Azərbaycanla bundan artığını eləmək mümkün deyil" - Prosineçki
4-12-2017, 12:29. Разместил: heqiqet
Xorvatiya mətbuatına geniş müsahibə verən 48 yaşlı mütəxəssis yığmamızla yeni müqavilə imzalamamasının səbəbini açıqlayıb.
Millimizdəki dönəmini uğurlu hesab edən Prosineçki yeni macəra axtarışında olduğunu vurğulayıb: “Biz dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik, Çexiya ilə bərabərə qaldıq. Həmçinin məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menü ilə davam etməliyik”.
Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycan millisini çalışdırıb.
Вернуться назад