Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir
23-01-2018, 12:48. Разместил: heqiqet
Hazırda İsveçrədə səfərdə olan Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı ölkəsinin Qış Olimpiadasını təşkil etmək baxımından potensialı ilə bağlı məlumatlandıracaq.
Hələ 2016-2017-ci illərdə G.Kvirikaşvili bir neçə dəfə bəyan etmişdi ki, dağ-xizək mərkəzi və kurortu Bakurianinin təqribən 10 ildən sonra Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi irəli sürülə bilər.
Вернуться назад