PSJ Neymarı bu şərtlə "Real"a sata bilər
26-01-2018, 10:35. Разместил: heqiqet
Paris klubu 26 yaşlı hücumçunu bir şərtlə buraxa bilər. Bunun üçün PSJ bu ilə Çempionlar Liqasının qalibi olmalıdır. Yeri gəlmişkən, adıçəkilən komandalar ÇL-nın 1/4 finalında üz-üzə gələcəklər.
Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə transfer olub. Fransa çempionatında keçirdiyi 15 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə verən forvardın illik maaşı 38 milyon avrodur.
Вернуться назад