DataLife Engine > idman > Leroy Sane 3 aylıq sıradan çıxdı

Leroy Sane 3 aylıq sıradan çıxdı


31-01-2018, 11:00. Разместил: heqiqet Leroy Sane 3 aylıq sıradan çıxdı "Mançester Siti”nin futbolçusu Leroy Sane sıradan çıxıb.
Almaniyalı vinger İngiltərə Federasiya Kubokunun "Kardiff Siti”yə qarşı oyununda (2:0) zədələnib.
İngiltərə mətbuatının yaydığı məlumata görə, sol ayaq biləyindəki bağlarda zədə aşkarlanan Sane, ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 33 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.
Вернуться назад