DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda
3-04-2018, 12:06. Разместил: heqiqet
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.
Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Вернуться назад