2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr
4-04-2018, 10:17. Разместил: heqiqet
Yarışların təşkili üçün yeddi ölkə quruma rəsmi müraciət edib. Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) Olimpiadanı keçirmək üçün namizədliyini irəli sürüb.
2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-nin gələn ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.
Qeyd edək ki, sonuncu – XXIII Qış Olimpiya Oyunları bu ilin fevralında Koreya Respublikasının Pxençan şəhərində keçirilib.
Вернуться назад