DataLife Engine > idman > Messi "Barselona"ya növbəti qələbə qazandırdı

Messi "Barselona"ya növbəti qələbə qazandırdı


9-04-2018, 10:33. Разместил: heqiqet Messi "Barselona"ya növbəti qələbə qazandırdı İspaniya çempionatına aprelin 7-də 31-ci turuna start verilib.
"Barselona" "Nou Kamp"da "Leganes" klubunu qəbul edib.
Oyunun 27-ci dəqiqəsində hakimin təyin etdiyi cərimə zərbəsini Messi ustalıqla qapıdan keçirib - 1:0. Bu qoldan beş dəqiqə sonra Messi yenidən qonaqları meydanın mərkəzinə dəvət edib - 2:0. İkinci hissənin 68-ci dəqiqəsində "Leganes" qollardan birinin əvəzini çıxa bilib. Nabil El Zar fərqlənib.
Oyunun son nöqtəsini yenə də Messi qoyub. O, müdafiəçilərin səhvindən istifadə edərək hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, oyun "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra "Barselona" 79 xalla birinci pillədə yerini möhkəmləndirib. "Leganes" isə 36 xalla on dördüncü pillədə qərarlaşıb.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Deportivo"-"Malaga" - 3:2.
"Alaves"-"Xetafe" - 2:0.
"Selta Vigo"-"Sevilya" - 4:0.
"Real Betis"-"Eybar" - 2:0.
Qeyd edək ki, tura aprelin 8-9-da "Levante"-"Las-Palmas", "Atletiko Madrid"-"Real Madrid", "Real Sosyedad"-"Jirona", "Valensiya"-"Espanyol", "Villyareal"-"Atletik Bilbao" oyunlarından sonra yekun vurulacaq.
Вернуться назад