“Real” və “Bavariya” Çempionlar Liqasının yarımfinalına yüksəliblər
12-04-2018, 10:44. Разместил: heqiqet
Madriddə “Real” İtaliya təmsilçisi “Yuventus”u qəbul edib.
Oyunda ilk qol özünü çox gözlətməyib. İkinci dəqiqədə qonaqların hücumçusu Mario Mancukiç hesabı açıb. 35 dəqiqə sonra xorvatiyalı futbolçü bir daha fərqlənib – 0:2.
Qonaq komanda bununla da kifayətlənməyib: oyunun 61-ci dəqiqəsində Blez Matyudi top fərqini 3-ə çatdırıb.
Madridlilər “Yuventus”un qollarına yalnız bir dərə - oyuna əlavə olunmuş dəqiqələrdə verə bilib. Portuqaliyalı forvard Kriştianu Ronaldo 11-metrəlik cərimə zərbəsində komandasının oyunda yeganə və yarımfinala vəsiqə qazandıran qolunu vurub.
Xatırladaq ki, komandalar arasında İtaliyada keçirilən ilk oyun “kral klubu”nun 0:3 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Digər oyun Almaniyada, Münhen “Bavariya”sı və “Sevilya” aralarında keçirilib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk oyun almanların 1:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, “Bavariya” turnirin yarımfinalına yüksəlib.
Beləliklə, ÇL-ın yarımfinalında "Roma", "Liverpul", "Real Madrid" və "Bavariya Münhen" komandaları oynayacaqlar.
Вернуться назад