DataLife Engine > idman > Boksçumuz yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Boksçumuz yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazandı


26-04-2018, 10:10. Разместил: heqiqet Boksçumuz yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazandı İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Cası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.
Вернуться назад