İbrahimoviç dünya çempionatına aparılmayacaq
27-04-2018, 10:46. Разместил: heqiqet
İsveç Futbol Federasiyası bununla bağlı məsələyə nöqtə qoyub. Federasiyadan edilən açıqlamaya görə, İbrahimoviç millinin heyətində mundiala yollanmayacaq. İsveç millisinin idman direktoru Lars Riht açıqlamasında bunları deyib: "Ötən gün Zlatanla danışdım. Mənə qərarının dəyişmədiyini dedi. İbra mundialda bizimlə olmayacaq".
İsveç millisində 116 oyun keçirən İbrahimoviç 116 oyuna 62 qol vurub. İbrahimoviç yığma karyerasındakı ilk qolunu 2001-ci ildə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana vurub.
Вернуться назад