Neymar Messi və Suarezdən danışdı: "Nə isə alınmayanda..."
14-05-2018, 09:41. Разместил: heqiqet
"Messi ilə "Barselona”da əla tandem təşkil edirdik. Sonra Suarez gəldi və tortun albalısı oldu. Hər şey bizim üçün çox yaxşı idi”.Bu sözləri PSJ-nin hücumçusu Neymar deyib. "Barselona”dakı karyerasını xatırlayan braziliyalı futbolçu Lionel Messi və Luis Suarez üçün darıxdığını bildirib:
"Biz birlikdə ayrılmaz dostlar olmuşduq. O qədər yaxın idik ki, hansımızda nə isə alınmayanda bir-birimizlə zarafat edirdik. Messi və Suares üçün darıxıram. Biz xoşbəxt dostlar idik”.
Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə keçib.
Вернуться назад