DataLife Engine > idman > Argentina XİN: Oyunçularımız İsraildə oynamaq istəmədilər

Argentina XİN: Oyunçularımız İsraildə oynamaq istəmədilər


7-06-2018, 11:06. Разместил: heqiqet Argentina XİN: Oyunçularımız İsraildə oynamaq istəmədilər Argentina və İsrail milliləri arasında planlaşdırılan yoldaşlıq görüşünün ləğvi futbolçuların stadiona çıxmaqdan imtina etməsinə görə olub. Bu açıqlama ilə Argentinanın XİN rəhbəri Xorxe Faurie çıxış edib.
"Futbolçularımız matç üçün İsrailə getmək istəmədilər",-deyə Xorxe Faurie vurğulayıb.
Qeyd edək ki, Argentina və İsrail arasında nəzərdə tutulmuş "dostluq matçı" Fələstin xalqının etirazlarından sonra Argentina tərəfindən ləğv edilmişdi.
İsrailin Mədəniyyət Nazirliyi Argentina ilə matçın ləğv edilməsinə reaksiya göstərərək bunu "terrorizm" kimi qiymətləndirmişdi.
Вернуться назад