DataLife Engine > idman > Azərbaycan derbisində rekord – 3000 tamaşaçı...

Azərbaycan derbisində rekord – 3000 tamaşaçı...


28-08-2018, 10:45. Разместил: heqiqet Azərbaycan derbisində rekord – 3000 tamaşaçı... Premyer Liqada 2018/19 mövsümünün rekordu qeydə alınıb.
III turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib.
Belə ki, “Azersun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib.
İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.
Qeyd edək ki, arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.
Вернуться назад