Azad Rəhimov Minskdə II Avropa Oyunlarının müzakirəsindədir
7-09-2018, 14:47. Разместил: heqiqet
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.
Komissiyanın iclasında II Avropa Oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.
Вернуться назад