DataLife Engine > idman > Cekson Martines Avropaya döndü

Cekson Martines Avropaya döndü


14-09-2018, 15:13. Разместил: heqiqet Cekson Martines Avropaya döndü Çinin "Quançjao Everqrand" klubunda uğursuz karyera keçirən Kolumbiya millisinin üzvü Cekson Martines Avropaya qayıdıb.
31 yaşlı forvard Portuqaliyada çıxış edəcək. Martines "Portimonensi"ylə müqavilə bağlayıb. Şərtlərə görə, kolumbiyalı futbolçu Portimau təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Martines Avropada "Portu"dakı çıxışı ilə tanınıb. 2015-ci ildə "Atletiko" Ceksonu 35 milyon avro qarşılığında transfer etmişdi. Lakin Madrid təmsilçisi Martinesi 6 ay sonra Çinin"Quançjao Everqrand" klubuna42 milyon avroya satmışdı.
Вернуться назад