Faiq Qarayev millidə karyerasını başa vurub
12-10-2018, 09:45. Разместил: heqiqet
Bu addım 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlıdır.
Millimizi 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara daşıyan çalışdırıcı Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti işini davam etdirəcək.
Ölkə voleybolunda digər təcrübəli şəxs Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz oyunçu Yaponiyada milli ilə vidalaşıb və bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. O, bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.
Вернуться назад