DataLife Engine > idman > Zlatan İbrahimoviç yekun qərarını verdi

Zlatan İbrahimoviç yekun qərarını verdi


19-12-2018, 10:33. Разместил: heqiqet Zlatan İbrahimoviç yekun qərarını verdi ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç klubdan ayrılmayacağını açıqlayıb.
37 yaşlı forvard sosial şəbəkə hesabında klubunun qısa adını "LA" və öz adını birləşdirərək, "zLAtan" yazaraq, paylaşıb. İsveçli futbolçu "MLS, səninlə hələ işim bitməyib" sözlərini də əlavə edib. Bununla da, İbrahimoviç Avropaya qayıdacağı ilə bağlı iddialara son qoyub.
Qeyd edək ki, Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi"də 27 oyuna 22 qol vurub, 7 assist edib.
Вернуться назад