“Villyareal” – “Real Madrid” görüşündə qalib müəyyənləşməyib
4-01-2019, 10:25. Разместил: heqiqet
"Villyareal” doğma meydanda "Real Madrid” komandasını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər iki qolu Santi Kazorla (4, 82) vurub, "kral” klubunun heyətində isə Kərim Benzema (7) və Rafael Varan (20) fərqləniblər. Bu heç-heçədən sonra "Real Madrid” turnir cədvəlində 30 xalla dördüncü, "Villyareal” isə 16 xalla 17-ci yerdə qərarlaşıb.
Вернуться назад