DataLife Engine > idman > Məşhur futbolçu ABŞ-da klub alıb

Məşhur futbolçu ABŞ-da klub alıb


25-02-2019, 10:17. Разместил: heqiqet Məşhur futbolçu ABŞ-da klub alıb İtaliya "Yuventus"unun sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub.
Bu barədə məşhur oyunçunun özü açıqlama verib.
O, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib. Del Pyero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Bu layihə məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur".
Вернуться назад