“Mançester Siti” klubu “Şalke”nin qapısından 7 cavabsız top keçirib
13-03-2019, 10:47. Разместил: heqiqet
"Ettihad” stadionunda baş tutan görüşdə İngiltərənin "Mançester Siti” klubu doğma azarkeşlər önündə Almaniyanın "Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:0.
Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüera (35, 38), Leroy Sane (42), Rahim Sterlinq (56), Bernardo Silva (71), Fil Foden (78) və Qabriel Xesus (84) fərqləniblər.
Səfərdə də 3:2 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
Вернуться назад