DataLife Engine > idman > Massimiliano Alleqri yeni rekorda imza atıb

Massimiliano Alleqri yeni rekorda imza atıb


23-04-2019, 10:57. Разместил: heqiqet Massimiliano Alleqri yeni rekorda imza atıb İtaliyanın "Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri yeni rekorda imza atıb. O, dünya futbolu tarixində eyni klubla ardıcıl 5 dəfə çempion olmağı bacaran ikinci baş məşqçi olub.
51 yaşlı italiyalı mütəxəssisin klubu İtaliya çempionatının 33-cü turu çərçivəsində öz meydanında "Fiorentina”nı qəbul edib. Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan "Yuventus” rəqibləri üçün əlçatmaz olub. Turin təmsilçisi bu nəticə ilə ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.
Qeyd edək ki, Alleqridən əvvəl bunu Miqel Munyos bacarıb. O, "Real Madrid” klubu ilə 1961-1965-ci illərdə İspaniya çempionatının qalibi olub.
Вернуться назад