DataLife Engine > idman > "Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın” - Balotelli

"Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın” - Balotelli


3-05-2019, 10:18. Разместил: heqiqet "Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın” - Balotelli "Marsel”in futbolçusu Mario Balotelli “Barselona”nın superulduzu Lionel Messi haqda paylaşım edib.
O, İnstagram hesabında argentinalı hücumçunun şəklini paylaşaraq onun "Yuventus"un hücumçusu Kriştiano Ronaldodan üstün olduğuna işarə vurub: “Futbol ədaləti naminə artıq Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın”.
Qeyd edək ki, Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"la qalib gəldikləri matçda (3:0) dublu və gözəl oyunu ilə bir daha adından söz etdirib.
“Arzulardan danışsaq, mən Messiyə məşq keçmək istərdim”.
Bunu İspaniya millisinin və “Real”ın sabiq baş məşqçisi Visente del Boske deyib.
69 yaşlı təcrübəli mütəxəssis “Barselona”nın kapitanı Lionel Messinin oyununu dəyərləndirib. O bildirib ki, argentinalı forvard heç kimdə olmayan bacarığa malikdir:
“Ronaldo, Zinəddin Zidan, Roberto Karlos, Redondo kimi oyunçularla çalışmışam. Böyük, fantastik futbolçulardır. Messi də onlarla eyni səviyyədə və ya daha yüksəkdə durur. Leo oyunun hər komponentində kamil bir futbolçudur. O elə xüsusiyyətlərə malikdir ki, ondan heç kimdə yoxdur”.
Вернуться назад