"Barselona" 9 futbolçu ilə yolları ayırır
27-05-2019, 10:38. Разместил: heqiqet
İspaniyanın "Barselona" klubu yayda böyük dəyişikliklər etməyi planlaşdırır.Kataloniyalılar Yasper Sillessen, Ceyson Murilyo, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filippe Koutinyo və Kevin-Prins Boatenqlə yolları ayıracaq.
Xəbərdə klubunprezidenti Xosep Mariya Bartomeu və kapitanı Lionel Messinin gələn mövsümə baş məşqçi Ernesto Valverde ilə davam etmək istəmədiyi vurğulanıb.
"Barselona" başa çatan mövsüm 26-cı dəfə La Liqa çempionu olub. Ancaq komanda Çempionlar Liqasının yarım finalında mübarizəni dayandırıb. Bundan əlavə, katalonlar Kral kubokunun finalında "Valensiya"ya uduzub.
Вернуться назад