Azərbaycan hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar
2-09-2019, 10:41. Разместил: heqiqet
Ədalət təmsilçiləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını idarə edəcəklər.
Bunlar FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Cəmil Quliyevdir. Onlar sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.
Вернуться назад